Tacikistanın şərqində Rixter cədvəli ilə 4,9 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına zəlzələnin episentri paytaxtdan Düşənbədən 320 kilometr şərqdə qeydə alınıb.
Yeraltı təkanlar yerin 54 kilometr dərinliyinə baş verib. Zəlzələ nəticəsində itki və ya fəsadların olub-olmaması barədə məlumat verilməyib.