XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 19:57

Moskvada “Menşevik” fabrikində atəş açan şəxs qaçıb- Polis “Sirena” əməliyyatı başladıb

Moskva şəhərindəki “Menşevik” fabrikində bu gün səhər saatlarında atəş açan şəxsin axtarışı başa çatıb.

APA-nın TASS-a istinadən verdiyi xəbər görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, polis və qvardiya tərəfindən aparılan axtarış zamanı İlya Averyanovun fabrikdə olmadığı müəyyənləşib. O, polis fabriki mühasirəyə almazdan öncə qaçıb.

Atəş açan şəxsin axtarışı ilə bağlı polis tərəfindən “Sirena” əməliyyatı başladılıb.

Qeyd edək ki, bu gün Moskvanın cənub şərqində yerləşən “Menşevik” fabrikində fabrikin keçmiş direktoru İlya Averyanov saxta sənədlərlə fabrikin əlindən alındığını və müflis edildiyini bildirərək müştərilərə atəş açıb. Hadisə zamanı təhlükəsizlik xidməti əməkdaşı Aleksey Kostikov ölüb. İlkin məlumata görə, o, İ. Averyanovu dayandırmağa çalışarkən gülləyə tuş gəlib.