XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

27 Dekabr 2017 - 21:15

Türkiyədə kredit faizləri son 6 ilin maksimal həddinə çatıb

Bu il dekabrın 15-nə Türkiyədə istehlak kreditlərinin orta illik faiz dərəcəsi 17,9% təşkil edib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Mərkəzi Bankı (TCMB) məlumat yayıb.

Məlumata görə, bu, sin 6 ilin maksimal həddidir. Faizlərin artmasına səbəb kimi ABŞ dollarının bahalaşmasına qarşı tədbirlər çərçivəsində TCMB-nin sərt monetar siyasətə keçməsi göstərilir. Belə ki, gec likvidlik pəncərəsi faizinin 0,5 faiz bəndi artırılması kredit faizlərinin 3,5% bəndi artmasına gətirib-çıxarıb. Nəticədə, nağd pul kreditlər illik 20%-ə, avtomobil kreditləri illik 15,2%-ə, ipoteka kreditləri isə illik 13,6%-ə qədər bahalaşıb.

Xatırladaq ki, Türkiyədə hazırda dolların məzənnəsi 3,82 lirə təşkil edir.