XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 08:17

İŞİD yaraqlıları Mosulda üç ağsaqqalı edam ediblər

İraq ordusi Mosulu azad etmək üçün hazırlıq görür

İŞİD terror qurumunun yaraqlıları bazar ertəsi Mosulda İraq tayfalarından üçünün ağsaqqallarını edam ediblər.

Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, şahidlərin dediyinə görə, ağsaqqallar terrorçuların əmrlərinə tabe olmadığı və onların hökumətini qanuni saymadıqlarına görə edama məhkum edilib.

Yaraqlılar yerli tayfaların ən hörmətli nümayəndələrini Mosulun güney yaxasındakı qəsəbədə güllələyiblər.

İraq və Suriyanın xeyli hissəsini tutmuş İŞİD yaraqlıları hücumu davam etdirirlər. Nəticədə minlərlə dinc sakin həlak olub, yüz minlərlə insan qaçqın düşüb və minlərlə insan da İŞİD-in girovuna çevrilib. MKİ-nin hesablamasına görə, 30 minə yaxın yaraqlısı olan qruplaşmaya qarşı Suriya və İrqaq orduları, ABŞ-ın rəhbərliyi ilə beynəlxalq koalisiya, həmçinin İraq və Suriya kürdləri vuruşur.

İraq ordusu martın əvvəlində İŞİD-in mövqelərinə güclü hücuma başlayıb Tikrit şəhərini azad etdi. Hazırda ordu ölkənin ikinci böyük şəhəri Mosulu azad etmək üçün hazırlıq görür.