XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 09:34

Ukraynada əsirlərin mübadiləsi baş tutub –73 ukraynalı hərbçi 233 separatçıya dəyişdirildi

Ukraynada qondarma Donetsk və Luqansk Xalq Respublikaları ilə hökumət arasında əsir mübadiləsi keçirilib.

APA-nın “İnterfaks-Ukrayna”ya  istinadən xəbərinə görə, 233 separatçının 73 ukraynalı hərbçiyə dəyişdirilməsi Qorlovka qəsəbəsi yaxınlığında baş tutub. 

Ukrayna prezidenti Petro Poroşenko əsirləri qarşılayaraq onlarla birgə Xarkova yollanıb. Dekabrın 28-ə keçən gecə göyərtəsində əsirlikdən azad edilənlər olan təyyarələr Kiyevin “Borispol” havalimanına enib.