XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 20:54

Baş nazirin qardaşı beynəlxalq məhkəməni hədələdi:"Əgər həbslər başlasa, döyüşçüləri aktivləşəcək"

"Əgər Hərbi Cinayətlər üzrə Beynəlxalq Məhkəmənin ittihamları ilə həbslər başlasa, Kosova Azadlıq Ordusunun döyüşçüləri aktivləşəcək".

Bunu jurnalistlərə açıqlamasında Kosova parlamentinin deputatı Daut Xaradinay söyləyib.

“Əgər həbslər başlasa, Kosova Azadlıq Ordusu yenidən aktivləşdiriləcək. Mən hərbi qanadı təmsil etmirəm. Mən Kosova vətəndaşıyam. Mənim böyük uğurum köhnə müharibədir. Kosova Azadlıq Ordusu cinayət törətməyib, bunu yalnız Serbiya edib”, – deyə o, bildirib.

Qeyd edək ki, bundan öncə Hərbi Cinayətlər üzrə Beynəlxalq Məhkəmə Kosovadakı bəzi şəxsləri hərbi cinayətlərdə ittiham edib. Bunlar sırasında Kosova Baş nazirinin qardaşı Daut Xaradinay, Kosova Prezidenti Haşim Taçi, Kosova prezidentinin əmisi Taçi Azem Sulya, Kosova parlamentinin spikeri Kadri Veseli də yer alıb.

Serbiya Kosova Azadlıq Ordusunu terror təşkilatı hesab edir/Axar.az.