XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Dekabr 2017 - 22:51

Misir ordusunun 7 əsgəri öldürüldü –Terror hücumu

Bu gün Sinay yarımadasının şimalında terrorçuların hücumu nəticəsində Misir ordusunun 7 hərbi qulluqçusu öldürülüb.

Hərbçilərə Bir-əl-Abd yaşayış məntəqəsində hücum edilib. Həlak olanlar arasında bir ordu zabiti də var.

İnsidentlə bağlı ordu nümayəndələrindən hələlik rəsmi şərh verilməyib.

Xatırladaq ki, noyabrın sonlarında Bir-əl-Abd yaşayış məntəqəsindəki məsciddə terror aktı törədilmiş və nəticədə 300-dən çox insan həlak olmuş, 100 nəfərdən çox insan isə yaralanmışdı/Axar.az.