XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2017 - 10:58

Ankarada genişmiqyaslı anti-terror əməliyyatı- 29 həbs olunub

Türkiyə təhlükəsizlik qüvvələrinin dekabrın 29-da paytaxt Ankarada keçirdiyi genişmiqyaslı anti-terror əməliyyatında İŞİD terrorçu qruplaşmasına bağlı olmaqda şübhəli bilinən 29 nəfər həbs edilib.

Azərtac Anadolu Agentliyinə istinadla xəbər verir ki, həbs olunanlar arasında xarici vətəndaşlar da var.

Qeyd edək ki, Türkiyədə Yeni il qabağı təhlükəsizlik tədbirləri gücləndirilib. Dekabrın 28-də Bursa şəhərində 38 nəfər İŞID mənsubu həbs olunub.