XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 11:04

ABŞ-ın neft idxalı artıb- 8 milyon barrelə çatıb

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 4,6 milyon barrel (1,1 faiz) azalaraq 431,9 milyon barrelə geriləyib.

Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 3,9 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 6,5 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə ötən həftə cüzi həcmdə – 100 min barrel artaraq 663,4 milyon barrel olub. Ölkənin benzin ehtiyatları keçən həftə 0,6 milyon barrel (0,3 faiz) artaraq 228,4 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 1,2 milyon barrel artmışdı.

Hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 35 min barrel azalaraq 9,75 milyon barrelə çatıb. Ölkənin neft idxalı əvvəlki həftəyə görə gündəlik 159 min barrel artaraq 8 milyon barrelə yüksəlib. ABŞ-ın xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə gündəlik 648 min barrel azalaraq 1,21 milyon barrel təşkil edib.