XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

29 Dekabr 2017 - 16:27

Bahalaşmaya etiraz olaraq aksiyalar keçirilib- İranda

İranda bahalaşmağa etiraz əlaməti olaraq aksiyalar keçirilib.

APA-nın “Milliyyet”ə istinadən verdiyi məlumata görə, müxalifətin bütün şəhərlərdə etiraz aksiyası ilə bağlı çağırışına cavab olaraq, bu gün cümə namazından sonra insanlar ayrı-ayrı şəhərlərdə etiraz aksiyaları təşkil ediblər. İranın Məşhəd və Kirmanşah şəhərlərində nümayişçilərlə polis arasında toqquşmalar baş verib.

Təbrizdə keçirilə etiraz aksiyasının sosial mediada videosu yayılıb.

Qeyd edək ki, dünən Məşhəd və digər şəhərlərdə keçirilən etiraz aksiyaları ilə bağlı 52 nəfərin saxlanıldığı bildirilir.