XƏBƏR LENTİ

08 Mart 2021
07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2017 - 20:33

Qəzzada İsrail hərbçiləri ilə qarşıdurma olub –Yüzlərlə fələstinli yaralanıb

Qəzza zolağında İsrail hərbçiləri ilə baş verən qarşıdurmalar zamanı yüzlərlə fələstinli yaralanıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Dövlətinin Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirliyin mətbuat nümayəndəsi Əşrəf əl-Kedranın sözlərinə görə, döyüş güllələri ilə yaralanan 34 nəfər xəstəxanaya yerləşdirilib: "İki nəfərin vəziyyəti ağırdır. Daha 64 nəfər qazdan zəhərlənəndir. Onlara yerindəcə yardım edilib".

Fələstin Qırmızı Xaç Təşkilatının nümayəndəsi Erab əl-Fukaha bildirib ki, tibb işçiləri İordan çayının qərb sahilində daha 130 fələstinliyə təcili yardım göstərib: "Onlardan 4-ü döyüş gülləsi, digərləri isə rezin güllələrdən yaralanıb. Bəzi insanlar gözyaşardıcı qazdan zəhərlənib".