XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 23:00

ABŞ KƏŞFİYYATI PUTİNİ QANE EDİR –“Cənab Tramp, Amerika kəşfiyyatına inanmaq olar, ya yox?

Len Zuza

“Vaşinqton Post” qəzeti

29 dekabr 2017

Uydurma müstəsna intellektual qabiliyyətinə baxmayaraq, deyəsən prezident Donald Tramp (Donald Trump) Rusiya məsələsində Amerika kəşfiyyat orqanlarına etimadı ilə bağlı fikirlərində nə qədər ziddiyyətli olduğunu görmür.

Bir tərəfdən o, bütün kəşfiyyat orqanlarının Rusiyanın ötən il ABŞ-da prezident seçkilərinə müdaxiləsi ilə bağlı yekdil qənaətini rədd edir. Digər tərəfdən, bu idarələrə o qədər inanır ki, onların Rusiya haqqında təqdim etdikləri məlumatlarla razılaşır. Sonra isə Rusiya prezidenti Vladimir Putinin Amerika kəşfiyyatının ünvanına səsləndirdiyi minnətdarlığa böyük məmnuniyyətlə qulaq asmaq olar. Və bu kəşfiyyat məlumatı o qədər etibarlı olub ki, Rusiya təhlükəsizlik xidmətinin əməkdaşları terror təhlükəsinin qarşısını ala bilib. («Putin phones Trump in thanks for tip from CIA», 18.12.2017).

Cənab prezident, hansı mövqedən çıxış edirsiniz? Amerika kəşfiyyat orqanlarına inanmaq olar, ya yox? KQB-nin keçmiş operativ əməkdaşı cənab Putin hesab edir ki, Rusiya ilə bağlı məlumatlara inanmaq olar. Bəs siz niyə başqa cür dünüşürsünüz?