XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2017 - 09:06

ABŞ İŞİD-lə bağlı iddiaları rədd edib:“Bu cəfəngiyyatdır”


ABŞ İŞİD terror qruplaşmasını dəstəklədiyi barədə iddiaları qəti şəkildə rədd edir.

 “RT”-nin verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Rebekka Riberix bəyan edib.

Birləşmiş Ştatların İŞİD-ə dəstək verməsinə dair iddialar yalan və cəfəngiyatdır. Biz terrorçuları dəstəkləmirik. ABŞ tərəfdaşları ilə birgə terrorçuların yaxalanması, yaxud məhv edilməsi üzərində çalışır”, deyə Pentaqon rəsmisi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya rəsmiləri ABŞ-ı İŞİD-ə dəstək verməkdə ittiham edib.