XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 December 2017 - 12:15

Tramp yenə Çini hədələdi:“Sizi iş başında tutdum...”

ABŞ prezidenti Donald Tramp Çinin Şimali Koreyaya gizli yollarla neft göndərməsi iddialarına sərt cavab verib.

Bu barədə özünün “Tvitter” hesabında paylaşım edən Tramp belə olan halda Şimali Koreya ilə hazırki vəziyyəti sülh yolu ilə həll etməyəcəyini deyib: “Sizi iş başında tutdum. Çinin Şimali Koreyaya gizli-gizli benzin göndərməsi xəbərini eşidəndə, məyus oldum. Çinə səfərim zamanı ölkə başçısı Si Cinpinlə Şimali Koreya mövzusunda apardığımız danışıqlarda ortaq qərar almışdıq. Lakin, görürəm ki, onlar bu qərara sadiq qalmaq istəmirlər. Əgər bu belə davam edərsə, ABŞ-dan Şimali Koreya probleminə dostca münasibət gözlənilməsin.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp, noyabr ayında Çinə səfəri zamanı Si Cinpin ilə Şimali Koreya məsələsini müzakirə etmişdi. Çinin dövlət başçısı Donald Trampın mövqeyinə hörmətlə yanaşacaqlarını, danışıqlar yolu ilə məsələnin həllinə səy göstərəcəklərini bildirmişdi. (Publika.az)