Bədəxşan əyalətindəki posta 250-ədək qarageyimli silahlı hücum edib
Əfqanıstan ordusu “Taliban” döyüşçülərinin hərbi posta həmləsi və nəticədə 18 əsgərin həlak olmasından sonra ölkənin şimali-şərq istiqamətinə genişmiqyaslı hücum planı barədə məlumat yayıb.
Strateq.az xarici mətbuata isnadən bildirir ki, həlak olanların bəzilərinin başları kəsilib.
Əfqanıstan Hərbi Qüvvələri baş qərargahının rəisi general Kərimi deyib ki, Bədəxşan əyalətindəki posta 250-ədək qarageyimli silahlı hücum edib. Təsdiq olunmamış məlumatlara görə, hücum edənlərdə İŞİD-in bayrağı olub.