XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

30 Dekabr 2017 - 15:42

Tramp İrandakı etiraz aksiyalarını dəstəklədi:“Dünya baxır!”

ABŞ prezidenti Donald Tramp İranın bir neçə şəhərlərində, o cümlədən Məşhəd və Kirmanşahda yoxsulluğa, korrupsiyaya və reperssiyalara etiraz olarq başlayan nümayişlərlə bağlı bəyanat verib. Virtualaz.org xəbər verir ki, Tramp belə bəyanatla ənənəvi olaraq özünün Tvitter bloqunda çıxış edib.

“Çoxları korrupsioner rejimdən və milli sərvətlərin xaricdə terrorçuluğun maliyyələşdirilməsinə sərf olunmasından boğaza yığılan  İran vətəndaşları tərəfindən təşkil edilmiş dinc nümayişlər barədə xəbər verir. İran hökuməti öz xalqının hüquqlarına, o cümlədən öz iradəsini ifadə etməsinə imkan yaratmalıdır. Dünya baxır!”-Amerika prezidenti bunları yazıb və öz tvitini “İranProtests” heşteqi ilə müşaiyət edib.

Xəbər verildiyi kimi İranda qəfil nümayişlər dekabrın 28-də ölkənin ikinci ən iri şəhəri olan Məşhəddə başlayıb və minlərlə adam küçələrə çıxaraq yoxsulluğa, korrupsiyaya, habelə İran hökumətinin Suriyada apardığı hərbi əməliyyatlara etiraz edib. Ötən gün dekabrın 29-da isə Kirmanşahda minlərlə adam küçələrə çıxıb, İranın digər bir neçə şəhərində də nisbətən azsaylı nümayişçilərin küçələrə çıxdığı xəbər verilir. İranın asayiş qüvvələri nümayişçilərə müdaxilə edib və onlarla adam həbs olunub. Bu, 2009-cu ildəki prezident seçkilərindən bu yana İranda başlamış ən irimiqyaslı etirazlardır. İranın vitse-prezidenti Eshaq Cahangiri bəyan edib ki, bu nümayişlərin arxasında mühafizəkarlar dayana bilər və o, həmin qüvvələrə “əllərinin yanacağı” barədə xəbərdarlıq edib.