XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2017 - 16:15

İlin sonunadək turizmdən 3 milyardlıq gəlir- Gürcüstan hökuməti planlaşdırır

Bu ilin sonuna qədər Gürcüstana gələn xarici vətəndaşların sayı 7 milyon 400 mini keçəcək. Bizim turizmdən gələn gəlirlərimiz də rekord həddə – 2 milyard 700 milyon lariyə çatacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Qeorqi Çoqovadze söyləyib. O deyib ki, 2017-ci il Gürcüstanda turizmin inkişafı baxımından çox uğurlu olub.

Çoqovadzenin sözlərinə görə, 2017-ci ilin 10 ayında ölkəyə gələn xarici vətəndaşların sayı 2016-cı ilin 12 ayının göstəricilərindən çox olub. Bu ilin 11 ayında artıq 7 milyondan çox xarici vətəndaş Gürcüstana səfər edib və dekabrın sonuna bu rəqəmin 7 milyon 400 minə çatacağına inanırıq.

Qeorqi Çoqovadze Gürcüstanda turizmin 2018-ci ildə də inkişafı və bu yolla ölkəyə gələcək turistlərin sayının artması istiqamətində səylərini artıracaqlarını bildirib. Administrasiya rəhbəri müalicəvi və gəlirli turizm sahələrinin inkişafının ön planda olacağını qeyd edib.