XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

30 Dekabr 2017 - 19:12

ABŞ İranda dinc etirazçıların həbsini qınadı- Dövlət Departamenti bəyanat verdi

ABŞ İranda dinc etirazçıların həbs olunması hallarını qınayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yazılı bəyanatında deyilir.

"Biz İranda sakinlərin ölkəboyu baş verən çoxsaylı mitinqlərdə iştirakı barədə məlumatları izləyirik. ABŞ dinc etirazçıların həbsini qınayır. Bütün ölkələri İran xalqını, insan haqlarını və korrupsiyanın aradan qaldırılması kimi tələblərini dəstəkləməyə çağırırıq", – deyə bəyanatda bildirilir.

Dövlət Departamentinin qənaətinə görə, iranlı liderlər dövləti zəngin tarixi və mədəniyyəti olan yerdən iqtisadi nöqteyi-nəzərdən boşaldılmış və təcrid olmuş bir ölkəyə çevirib. Ölkənin ixrac etdiyi isə ancaq zorakılıq, qan və xaosdur. 

Bildirilir ki, ABŞ dövlət katibi Reks Tillerson İran xalqına yenidən öz dəstəyini ifadə edib.