XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

31 Dekabr 2017 - 10:11

Moskvada Qırmızı meydanın yaxınlığında silahdan atəş açılıb- Yaralananlar var

Moskvada Qırmızı meydanın yaxınlığında naməlum şəxs silahdan atəş açıb, iki nəfər yaralanıb.

Azərtac “RİA Novosti”yə istinadla xəbər verir ki, hadisə Nikolski küçəsində baş verib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb edilib, atəş açan şəxs axtarılır.

Hüquq mühafizə orqanlarından bildiriblər ki, atışma baş verən yerin yaxınlığında bar yerləşir. İnsidentin alkoqolun təsiri nəticəsində baş verib-vermədiyi araşdırılır.