Xarkovda poçtda girov saxlanılanların hamısı azad olunub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bildirib.
"Xarkovda bütün girov saxlanılanlar azad olunub, cinayətkar saxlanılıb. Milli polis və təhlükəsizlik xidmətinin əməkdaşlarına yaxşı işlərinə görə təşəkkürümü bildirirəm", deyə Poroşenko "Tvitter" sosial şəbəkəsində yazıb.