XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Dekabr 2017 - 11:26

Tramp sosial şəbəkələrdə fəallığının səbəbini açıqlayıb

ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdən nə üçün fəal şəkildə istifadə etdiyinin səbəbini açıqlayıb.

“Report” xəbər verir ki, Amerika lideri bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Mən sosial şəbəkələrdən onları xoşladığım üçün istifadə etmirəm, saxta KİV kimi tanınan çox yalan və ədalətsiz "mətbuat"la yeganə mübarizə üsulu olduğu üçün bundan yararlanıram. Saxta və mövcud olmayan mənbələr həddindən artıq tez-tez istifadə olunur. Bir çox hadisə və məlumatlar xalis uydurmadır!", — deyə o yazıb.