XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 09:55

Şimali Koreyanın birinci xanımı uzun müddətdən sonra ictimaiyyət qarşısına çıxdı

Şimali Koreyanın birinci xanımı bu il ilk dəfə olaraq, KXDR lideri Kim İr Senin 103-cü ildönümü münasibətilə keçirilən tədbirdə ictimaiyyət qarşısına çıxıb.

Strateq.az-ın İnterfaks-a istinadən verdiyi məlumata görə, sol əlində nişan üzüyü olan Li Sol çju əri Kim çen İn ilə birlikdə Kim İr sen adına stadionda gülümsəyərək insanlara əl edib.

Onlar Kim İr Senin yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində futbol görüşünə qatılıblar.

İki günlük bayram tədbirləri ölkədə “Günəş günü” adlandırılır. Tədbirlərdən sonra Kim İr Senin Pxenyanda doğulduğu yerə “ziyarət yürüşü” təşkil olunur.