XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 December 2017 - 11:48

İŞİD komandirləri Suriyadakı qaçqın düşərgəsini tərk ediblər- ABŞ vertolyotları ilə

 

İŞİD terror təşkilatının səhra komandirləri ABŞ vertolyotları ilə gətirildikləri Suriyanın Əl-Hasaka əyalətindəki qaçqın düşərgəsini tərk ediblər.

“Report” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Dekabrın 29-da məlumat verilib ki, ABŞ-ın hərbi vertolyotları İŞİD liderlərini Suriya ordusunun onları təqib etdiyi Deyr-əz-Zor rayonundan Əs-Sədd qaçqın düşərgəsinə (Dəməşqin 720 kilometrliyi) təxliyyə edib.

Bildirilir ki, həmin terrorçular dekabrın 30-da ABŞ-ın vertolyotları ilə naməlum istiqamətdə uçublar.

Həmçinin qeyd olunur ki, noyabrda Əs-Sədd düşərgəsinə vertolyotlarla aralarında yaralıların da olduğu 47 İŞİD terrorçusu, eləcə də, onların bir neçə başçısı gətirilib.

Sonradan onlar ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən dəstəklənən "Suriya demokratik qüvvələri" kürd qruplaşmasına təslim olublar.