XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2017 - 13:08

İsraildə kütləvi etiraz aksiyaları keçirilib- Korrupsiya əleyhinə

İsrailin bir neçə şəhərində korrupsiya əleyhinə növbəti kütləvi etiraz aksiyaları keçirilib.

APA-nın “Haarets” nəşrinə istinadən verdiyi xəbərə görə, Təl-Əvivdə təşkil olunan aksiyada 2 min etirazçı iştirak edib. Paytaxtdakı aksiyaya qatılan etirazçılar hazırda korrupsiya cinayəti ilə əlaqədar barəsində istintaq tədbirləri görülən ölkənin baş naziri Binyamin Netanyahunun istefaya getməsini tələb ediblər.   

Etiraz aksiyaları həmçinin Qüds, Hayfa və Afulada keçirilib.

Qeyd edək ki,  korrupsiya cinayətlərində şübhəli bilinən baş nazir Binyamin Netanyahu 7 dəfə müstəntiqlər tərəfindən dindirilib.

B.Netanyahu iddiaların əsassız olduğunu bildirərək, müxalifətçiləri və jurnalistləri polis və prokurorluğa təzyiq vasitəsilə dövlət çevrilişi hazırlamaqda ittiham edib.