XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 Yanvar 2018 - 10:04

İran prezidenti aksiyaları dəstəklədi:“İnsanların hökumətə etiraz etmək hüququ var”

İran prezidenti Həsən Ruhani ölkə boyu hökumət əleyhinə etiraz nümayişlərinin dördüncü günü ilk dəfə olaraq ictimaiyyətə açıqlama verərək, insanların hökumətə etiraz etmək və tənqid etmək hüququ olduğunu deyib.

İranın dövlət mediası Ruhaninin nümayişlərlə bağlı bu açıqlamaları bazar günü kabinetinin iclasında verdiyi haqda məlumat verib. Lakin dövlət mediasının verdiyi məlumata görə, Ruhani deyib ki, etirazçılar diqqətləri ölkənin problemlərinin həlli və insanların həyatının yaxşılaşdırılmasına yönəltməlidir. İran prezidenti eyni açıqlamaları Twitter səhifəsində yerləşdirib. Ruhani bildirib ki, ictimai iğtişaşlar və dövlət əmlakının dağıdılması qəbuledilməzdir.

Bu, İranda 2009-cu ildə prezident seçkisinin ardınca keçirilmiş kütləvi nümayişlərdən bəri ən böyük etiraz aksiyalarıdır. Nümayişçilər yüksək ərzaq  qiymətləri və ölkədə işsizliyə etiraz edir.

Ruhani bazar günü açıqlamalarında ABŞ prezidenti Donald Trampı tənqid edərək, onun bir neçə ay əvvəl İranı “terrorçu” dövlət adlandırdığına görə İran xalqı ilə “həmdərd olmaq” hüququ olmadığını deyib.ləri və ölkədə işsizliyə etiraz edir. (Amerikanın Səsi)