XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2018 - 14:05

İranda iğtişaşlar nəticəsində 4 nəfər ölüb –Yanğınsöndürən maşını adamların üstünə aşırıblar

Bazar gününə keçən gecə İranın cənub-qərbində yerləşən iki şəhərdə keçirilən etiraz aksiyaları zamanı azı 4 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi yerli hökumətə istinadən "Franc-Press" məlumat yayıb. Bildirilir ki, Xuzestan əyalətinin İze şəhərində 2 nəfər güllələnib, bir neçə nəfər yaralanıb.

"İki nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Mən məhz kimin – asayiş keşikçilərinin, yaxud da nümayişçilərin atəş açdığını bilmirəm", – deyə yerli administrasiya nümayəndəsi bildirib.

Bundan əlavə, agentliyin məlumatına görə, daha iki nəfər Lurestan əyalətinin Dorud şəhərində ölüb. Orada etirazçılar yanğınsöndürən maşını ələ keçirərək təpədən aşağı itələyiblər: "Avtomobil yaşlı kişi və yeniyetmənin üzərinə düşüb, hər ikisi ölüb", – deyə şəhər bələdiyyə rəhbəri bildirib.