XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

01 Yanvar 2018 - 15:45

Qərb mətbuatı:"İran ali lideri Xamenei Tehranı tərk edib, general Qasım Süleymani təcili İrana qayıdıb”

İrandan həyəcanlı xəbərlər gəlməkdədir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimali-qərbindəki Xurəmdareh, Sənəndəc və Kirmanşah şəhərlərində iğtişaşlar davam edir.

İran daxili işlər nazirinin nümayişçilərə qarşı sərt tədbirlər görüləcəyi haqda xəbərdarlığı təsir doğurmayıb. Nümayişlər nəinki bütün şəhərləri bürüyür, getdikcə daha radikal tələblər irəli sürülür. Tehranda tələbələr “Rədd olsun dini rəhbərlik!” şüarı səsləndiriblər.

Qərb KİV-lərinin yazdığına görə, ordu nümayişçilərə atəş açmaqdan imtina edib, tanınmış general Qasım Süleymani təcili İrana qayıdıb və guya, ali dini lider Əli Xamenei Tehranı tərk edib.

Kənar müşahidəçilərin fikrincə, İranda hadisələr bu cür sürətlə temp qazanarsa, real daxili savaş qaçılmaz olacaq.