XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 10:02

Fransada Napaleonun məhkəməsi OLACAQ

napolon.jpg

Fransa Debatları Federasiyası mayın 21-də Napoleonla bağlı məhkəmə keçirmək niyyətindədir.

“Strateq.az” TASS informasiya agentliyimə istinadla xəbər verir ki, ictimai birlik rəhbərliyinin məlumatına görə, Vaterlooda “Böyük ordunun” darmadağın edilməsindən 200 il sonra qurulacaq prosesin mərkəzində Napoleon Bonapart olacaq. Onlar bu hadisədən sonra hakimiyyətdən getməyə məcbur olan imperatorun açıq məhkəmədə öz maraqlarını qorumaq haqqını tanımadan 2015-ci ildə Müqəddəs Yelena adasına sürgün edildiyini xatırladıblar.

Məhkəmənin həm ittiham, həm də müdafiə tərəfi Sorbonna Siyasi Elmlər İnstitutu (Syans-Po) və Ali Ticarət Məktəbinin təşkil etdiyi müsabiqə yolu ilə seçiləcək.

Qeyd edək ki, illər keçsə də, Fransada Napoleon dövrünə maraq azalmır. Keçən payızda Fontenblo hərracında imperatorun məşhur üçkünc şlyapalarından biri təxminən 2 milyon avroya satılmışdı.