XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

01 Yanvar 2018 - 20:00

Avropa İttifaqının ən kasıb ölkəsi ilk dəfə Aİ Şurasına sədrlik edəcək  


 

Avropa İttifaqının ən kasıb ölkəsi olan Bolqarıstan yanvarın 1-dən ilk dəfə olaraq Aİ Şurasına sədrlik edəcək.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Bolqarıstan 2018-ci ilin iyulunda Aİ Şurasına sədrliyi Avstriyaya təhvil verəcək. Qeyd olunan müddət ərzində Bolqarıstan Aİ Şurasının ekspert və siyasi səviyyədə iclaslarının gündəliyini tərtib edəcək, XİN rəhbərlərinin iclasları istisna olmaqla, Aİ-nin nazirlər səviyyəsində keçiriləcək bütün gğrüşlərinə sədrlik edəcək. XİN rəhbərlərindən ibarət Aİ Xarici işlər Şurasının fəaliyytinə Aİ-nin diplomatiya rəhbəri nəzarət edir.

Qeyd edək ki, Bolqarıstan adambaşına ÜDM istehsalına görə (Aİ üzrə orta göstəricidən 51% aşağı) Aİ ölkələri arasında sonuncu yeri tutur.