XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2018 - 16:36

“İranda baş verənlər vəkalət müharibəsidir” –Admiral Əli Şamxani

"İrandakı vəziyyətlə bağlı etiketlər (həştəq) və mesajlar ABŞ, İngilətərə və Səudiyyə Ərəbistanından gəlib. Vəziyyətlə bağlı sosial şəbəkələrdə yazılanlar İran xalqına qarşı vəkalət müharibəsidir".

Bu sözləri Livan mediasına açıqlamasında İran Ali Milli Təhlükəsizlik Şurasının sədri və dini liderlərin təmsilçisi, admiral Əli Şamxani deyib.

İran Prezidenti Həsən Ruhani isə açıqlamasında ölkəsində baş verən etirazlarda iştirak edən şəxslərin bir çoxunun xaricdən yönləndirilmədiyini demişdi.

Xatırladaq ki, bir müddət əvvəl İranın Məşhəd şəhərində başlayan və 20-dən çox şəhərə yayılan etirazlar nəticəsində 27 nəfərin öldüyü, 300 nəfərin xəsarət aldığı, 700-dən çox adamın həbs olunduğu deyilir/Axar.az.