XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2018 - 20:36

Misir təhlükəsizlik qüvvələri böyük terror aktının qarşısını alıb –Təfərrüat

Misir təhlükəsizlik qüvvələri bir qrup terrorçu tərəfindən hazırlanan böyük terror aktının qarşısını alıb.

SİTA xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirliyinin nümayəndəsi deyib. Belə ki, polis paytaxt Qahirənin yaxınlğında yerləşən yaşayış məntəqələrin birində partlayıcı maddələrin olduğu ambar barədə məlumat alıb. Daxili işlər nazirlyinin xüsusi təyyinatlı qüvvələri və minaaxtaranlar bir neçə saat ərzində döyüş sursatlarını zərərsizləşdirib. Terrorçuların gizləndiyi mənzildə istifadəyə hazır 11 partlayıcı qurğu və kustar üsullar hazırlamaq üçün istifadə oluna biləcək 65 kq maddə aşkarlanıb/Report.