XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 January 2018 - 21:30

“Saxlanılan və xəsarət alanların taleyindən narahatıq” –Fransadan İrandakı etirazlarla bağı bəyanat

"Fransa İranda etirazlar zamanı çoxlu sayda saxlanılan və xəsarət alanlarla bağlı narahatlıq keçirir."

Bu barədə Fransa XİN-in yazılı bəyanatında deyilir.

Bildirilir ki, nazirlik İrandakı etirazları yaxından izləyir və müstəqil şəkildə nümayişlərin keçirilməsini təməl haqqlardan biri hesab edir.

Bəyanatda vurğulanır ki, Fransa rəsmilərinin İran hökümət nümayəndələr ilə görüşlər zamanı insan haqqları mövzusu müzakirə olunacaq ən vacib məsələlərdən biri olacaq/Report.