XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2018 - 22:58

Həmədanda 150-dən çox etirazçı saxlanılıb –Vilayət meri açıqladı

İranın güc strukturları Həmədan vilayətində baş verən nümayişlərdə ixtişaşlarla bağlı 150-dən çox ehtimal olunan təhrikçini saxlayıb.

Bu barədə vilayətin meri Əli Təali deyib.

"Son günlər ərzində 150-dən çox üsyankar saxlanılıb və məhkəmə orqanlarına təhvil verilib. Bunlar 17-25 arası gənclərdir. Aralarında diqər vilayətlərdən olan şəxslərdə var," – deyə mer bildirib/Report.

İranda etiraz aksiyaları 28 dekabrda başlayıb. Ölkənin müxtəlif şəhərlərində baş verən aksiyalarda etirazçılar qiymətlərin artımından şikayət edib. Polis əməkdaşları ilə toqquşma nəticəsində azı 28 nəfər ölüb. İran polisinin məlumatına görə, ixtişaşlarda iştirak edən 450-dən çox insan saxlanılıb/Report.