İraq Kürd Muxtar Vilayəti ötən 3 ay ərzində neftdən 1 milyard 600 min dollar gəlir əldə edib.
Bu sözləri İraqın Baş naziri Heydər Abadi deyib.
“Kürd Muxtar Vilayəti mərmurların çoxunun maaşını neftdən əldə etdiyi gəlirlə ödəyə bilər, amma bunu etmir”, – Abadi bildirib.
Baş nazir həmçinin ölkədə silahın yalnız dövlətdə olması istiqamətində də addımlar atdıqlarını vurğulayıb/Axar.az.