XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2018 - 23:49

Samuxda ağır yol qəzası:2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəncə-Sərkar yolunda baş verib. “QAZel” və “VAZ 21010” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-da olan 2 nəfər ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Məlumata görə, qəzaya düşən şəxslərin yaxınları hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobilinə hücum ediblər. Maşının şüşələri sındırılıb, sürücü isə bədən xəsarətləri alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır/APA.