XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 00:20

Nigeriyada qəbilələr arasında savaş çıxdı –Çoxu uşaq olmaqla 50-dən çox insan öldü

Nigeriyanın cənub-şərgində yerləşən Benua ştatınındakı kəndlərin birinə edilən hücum nəticəsində azı 50 nəfər ölüb, çoxlu sayda insan xəsarət alıb.

Bu barədə ştatın qubernatoru məlumat yayıb.

Hücumu maldarlıqla məşqul olan və köçəri həyat tərzi sürən fulani qəbiləsi nümayəndələri tərəfindən həyata keçirilib. Ölənlər arasında çoxlu sayda uşağın olduğu bildirilir.

Benua ştatı ölkənin "Orta qurşağına" aiddir. Burda fulani köçəri maldarlar qəbiləsi nümayəndələri ilə əkinçilik ilə məşqul olan xristianlar arasındakı münasibətlərdə mütəmadi olaraq qərqinlik yaşanır/Report.