XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 10:36

Tramp Hillari Klintonun köməkçisini həbs etməyə çağırıb

ABŞ prezidenti Donald Tramp ölkə prezidentliyinə sabiq namizəd Hillari Klintonun köməkçisi Huma Abedini həbs etməyə çağırıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp “Tvitter”də yazıb.  

“Fırıldaqçılığa meylli Hillari Klintonun köməkçisi Huma Abedin təhlükəsizliyə dair əsas protokollara əməl etməkdən imtina edir. O məxfi parolları xarici casuslara, demək olar ki, vermiş oldu…  Həbsxana!”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki,  Huma Abedinin həyat yoldaşı intim şəkillər yaydığına görə ötən il 21 ay həbs cəzasına məhkum edilib.