XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 11:09

Sara Sanders:"Ağ ev Pakistana qarşı yeni tədbirlər hazırlayır"

Birləşmiş Ştatlar terrorçuluğa dəstək məsələsi ilə bağlı Pakistana qarşı yeni tədbirlər hazırlayır. Bunu ABŞ prezidentinin mətbuat katibi Sara Sanders bildirib.

Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, mətbuat katibinin sözlərinə görə, yeni tədbirlərin “yaxın 24-48 saatda” elan olunacağı gözlənilir.

ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Hikki Heyli bundan əvvəl bəyan etmişdi ki, Ağ ev administrasiyası Pakistanı terrorizmə münasibətdə “ikibaşlı oyunda” təqsirləndirərək, ona kömək üçün nəzərdə tutulan 255 milyon dolları hələlik verməyəcək. Heyli İslamabada yardımın ixtisar olunacağını da istisna etməyib. Haqqında söhbət gedən yardım hərbi sahəyə aiddir.

ABŞ beynəlxalq inkişaf agentliyinin (USAİD) məlumatına görə, 2018-ci ildə beynəlxalq yardımlara 25,8 milyard dollar ayrılması planlaşdırılıb. Bunun 345 dolları Pakistana inkişaf və humanitar proqramlar üçün ayrılacaq.