XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 11:31

Kim Çen əmr verdi- Cənubi Koreya ilə danışıqlar başlayır

Şimali Koreya lideri Kim Çen In demilitərizə edilmiş zona olan Pxanmunjomda xüsusi rabitə vasitəsilə Cənubi Koreya ilə danışıqlara başlamaq barədə əmr verib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, xüsusi rabitə vasitəsinin bu gün açılması nəzərdə tutulub.

Qeyd edək ki, daha əvvəl Şimali Koreya 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcəyini açıqlayıb. Rəsmi Seul Pxenyanın bu təşəbbüsünü müsbət qiymətləndirib və Pxanmunjom sərhəd zonasında yüksək səviyyəli danışıqlar aparmağı təklif edib.