XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

03 Yanvar 2018 - 12:07

ABŞ Fələstinə yardımı dayandıracaq?- Tramp istisna etməyib

ABŞ prezidenti Donald Tramp Fələstinin İsraillə sülh danışıqların aparılmasında maraqlı olmadığını iddia edərək, hər il ona “yüz milyonlarla dollar” məbləğində vəsaitin ayrılmasına son qoyulacağını istisna etməyib

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp “Twitter” hesabında yazıb.   

“Biz Pakistana və bir çox digər ölkələrə əbəs yerə milyardlarla dollar ödəyirik. Məsələn, biz  fələstinlilərə hər il yüzlərlə milyon dollar ödəyirik, amma əvəzində nə hörmət, nədə ki minnətdarlıq görürük”, – deyə Tramp qeyd edib.

“Fələstin İsraillə sülh sazişinə dair danışıqlar aparmaqdan imtina edir. Belədirsə, biz niyə onlara yüz milyonlarla dollar ödəməliyik?”,- deyə Tramp əlavə edib.