XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2018 - 12:17

UNICEF:"Yeni ilin ilk günündə 386 min körpə doğulub"

UNICEF 2018-ci ilin ilk günündə dünyaya gələn uşaqların sayını açıqlayıb.

APA-nın “qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, təşkilatın yaydığı hesabatda 1 yanvar 2018-ci il tarixində 386 min körpənin dünyaya göz açdığı qeyd edilib.

Hesabatda vurğulanıb ki, həmin körpələrin 90 faizi az inkişaf etmiş ölkələrdə dünyaya gəlib. Doğuşların yarısından çoxu əsasən, 9 ölkədədir. Hindistanda 69010, Çində 20210, Demokratik Konqo Cümhuriyyətində 9400, Efiopiyada 9020 və Banqladeşdə 8370 körpə doğulub.