XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 13:25

Şimali Koreya ilə Cənubi Koreya rəsmiləri arasında telefon danışığı olub

Şimali Koreya ilə Cənubi Koreya rəsmiləri arasında telefon danışığı olub. Bu barədə “Renhap” agentliyi Cənubi Koreya nazirliyinin nümayəndəsinə istinadla xəbər yayıb.

Azərtac "RİA Novosti”yə istinadla xəbər verir ki, müzakirələrin detalları hələlik açıqlanmayıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, müzakirələrdə Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsinə toxunulmasa, Birləşmiş Ştatlar bu danışıqlara ciddi yanaşmayacaq.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında milli komandasının iştirakı məsələsində danışıqlara başlamağa hazır olduğunu bildirmişdi. Seul bu təşəbbüsü müsbət qiymətləndirmiş və yüksəksəviyyəli danışıqlar aparmağı təklif etmişdi.