XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 14:18

İtaliyada dağ xizəyi kurortları bağlanıb, bərə səfərləri dayandırılıb- Hava şəraitinə görə

İtaliyanın cənubundakı Kalabriya şəhərində güclü qasırğa və leysan yağışları qeydə alınıb. Roma və mərkəzi İtaliyanın digər bölgələri də güclü leysan yağışlarından zərər çəkib.

Azərtac ANSA agentliyinə istinadla xəbər verir ki, qasırğa səbəbindən Pyemontun şimal hissəsindəki dağ xizəyi kurortları bağlanıb. Kapriyə gedən bərələr dənizdə güclü leysan səbəbindən dayandırılıb. Yüksək yerlərə qar yağıb. Xüsusilə Lombardiyada güclü qarın yağması gözlənilir.

Sinoptiklər bildiriblər ki, yanvarın 6-sı İtaliyada yağışlı xaç suyuna salma bayramı olacaq. Havanın temperaturunun mövsüm normasından bir qədər aşağı olacağı proqnozlaşdırılır.

Ölkənin meteoroloji mərkəzi pis hava şəraitinin hələ dörd gün sürəcəyi barədə xəbərdarlıq edib.