XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 January 2018 - 15:06

Eleanor qasırğası Fransada nəqliyyatı iflic edib

Dünən axşam Fransanın qərb sahillərinə çatan Eleanor qasırğası saatda 120 kilometr sürətlə ölkənin şərqinə doğru irəliləyir. Bəzən qasırğanın sürəti saatda 134 kilometrə çatıb.

Ölkənin bir çox istiqamətlərində sürət qatarlarının hərəkəti, eləcə də hava limanlarında təyyarələrin uçuşları dayandırılıb. Eyfel qülləsi bağlanıb. Yerli mətbuat ölkənin 51 departamentində 200 min evin elektriksiz qaldığını bildirir(azərtac).