XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 15:44

Ermənistanda partlayış baş verən bina icra hakimiyyətinə məxsus imiş- FOTO

Ermənistanın Lori vilayətinin Mets Parni kəndinin icra hakimiyyətinin binasında partlayış baş verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Partlayış nəticəsində binanın divarı çatlayıb, arakəsmələr uçub. Xəsarət alanlar və hadisənin səbəbi haqda məlumat yayılmayıb.

Qeyd edək ki, 13 otaqdan ibarət 269 kv. metr sahəsi olan bina 2012-ci ildə tikilib.