XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 17:15

“Türk Hava Yolları” üzr istəməli olub- “Business Class” sərnişinlərindən

"Türk Hava Yolları" (THY) şirkətinin İdarə Heyətinin və İcra Komitəsinin sədri İlker Aycı ötən il dekabrın 15-də Los Angeles – İstanbul marşrutu üzrə hərəkət edən təyyarədə internetin kəsilməsinə görə sərnişinlərdən üzr istəyib. 

“Report”un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, həmin sərnişinlər arasında Türkiyənin keçmiş baş naziri Mesut Yılmaz və onun həyat yoldaşı Berna Yılmaz da olub.

“Business Class” sinfində uçan sərnişinlərə ünvanlanmış məktubda uçuş zamanı "WIFI" cihazının söndürülməsinin səbəbinə belə aydınlıq gətirilib: “Sizinlə birlikdə keçmiş baş nazirimiz Mesut Yılmaz və onun xanımı Berna Yılmaz da uçurdu. Ürəklərində yaranan narahatlığın müalicəsini təzəcə yekunlaşdıran Yılmaz cütlüyünün övladının ölməsi ilə bağlı xəbərləri uçuş vaxtı mediada yer almışdı. Bu səbəbdən də onların bu xəbəri aldıqda səhhətində hansısa narahatlığın olmaması və təyyarənin başqa bir hava limanına təcili eniş etməməsi üçün "WIFI" cihazını söndürməyi qərara aldıq".

İ.Aycı həmçinin deyib ki, həmin sərnişinlərin hər birinə 7 500 mil hədiyyə edilib.

Xatırladaq ki, İ.Aycı həm də Türkiyə Futbol Federasiyasının Audit Komitəsinin prezidentidir.