XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2018 - 18:35

Britaniyada qatar və avtobus səfərləri təxirə salınıb- Səbəb

Birləşmiş Krallıqda güclü külək bir çox bölgələrdə həyatı iflic edib.

Azərtac xəbər verir ki, Eleanor adlandırılan qasırğa Britaniyada bir sıra fəsadlar törədib. Belə ki, Şimali İrlandiyada 3 min, İngiltərədə 2 min 700, Uelsdə isə 460 evə elektrik verilişi dayandırılıb. Bundan başqa, ağacların yerindən qopması və nəqliyyat vasitələrinə çırpılması nəticəsində bir çox insan xəsarət alıb. Qatar və avtobus səfərləri təxirə salınıb.

Britaniya Meteorologiya Ofisindən verilən məlumata əsasən, Eleanor qasırğası saatda 160 kilometr, bəzən daha sürətlə hərəkət edir. Qasırğanın növbəti günlərdə də davam edəcəyi gözlənilir.