XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2018 - 19:12

Nigeriyada məsciddə terror aktı:ölənlər var

Yanvarın 3-də səhər saatlarında Nigeriyada terrorçu-kamikadzenin məsciddə özünü partlatması nəticəsində azı 14 nəfər həlak olub, çoxlu sayda yaralı var.

Azərtac “lemonde.fr” saytına istinadla bildirir ki, hadisə Nigeriya ilə Kamerun sərhədində yerləşən Qamboru şəhərində baş verib. Terrorçu-kamikadze səhər namazından bir qədər əvvəl müsəlman dindarların arasına girərək üzərindəki partlayıcı qurğunu işə salıb.

Terror aktına görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməsə də, hadisənin “Boko haram” qruplaşmasının silahlıları tərəfindən törədildiyi ehtimal edilir.