XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 20:06

Pan Gi Munun adına beynəlxalq mərkəz açıldı- Vyanada

Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin sabiq baş katibi Pan Gi Munun adını daşıyan beynəlxalq mərkəzin açılışı olub. Qlobal vətəndaşlar üçün Pan Gi Mun Mərkəzi adlanan qurumun açılışında Avstriyanın keçmiş Prezidenti Haynts Fişer, kansler Sebastian Kurts və sabiq baş katib şəxsən iştirak ediblər.

Tədbirdə çıxış edən Pan Gi Mun BMT-nin davamlı inkişaf hədəflərinə uyğun yeni bir mərkəzin təsis olunmasında göstərdiyi dəstəyə görə Avstriyanın sabiq dövlət başçısı Haynts Fişerə təşəkkürünü bildirib. Baş katib qeyd edib ki, mərkəz üçün qərargah seçilərkən tarixi irsinə və beynəlxalq diplomatiyada göstərdiyi dinamikliyə görə Vyana şəhəri üzərində dayanılıb. Mərkəzin hədəfləri sırasında qadınların və gənclərin öz müqəddəratını təyinetmə hüququ, cəmiyyətdə mövqelərinin gücləndirilməsi, dünyada bütün uşaqlar üçün təhsil imkanlarının artırılması, eyni zamanda, beynəlxalq münaqişələrin dinc yolla həllinə töhfə verilməsi dayanır.

Avstriya Prezidenti Aleksander Van der Bellen xoşməramlı təşəbbüs göstərən hər iki ictimai xadimi təbrik edib, əsasən gənclərlə işi hədəfə alan mərkəzə öz ambisiyalı proqramını reallaşdırmaqda uğurlar arzulayıb(azərtac).