XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 20:52

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol qismən açılıb

Rusiyanı  Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu qismən açılıb.

APA-nın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin  Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.

“Moskva vaxtı ilə saat 14:00-dan etibarən minik avtomobilləri üçün yol açılıb. Yük avtomobillərinə qoyulan qadağa isə hələ ki, qüvvədədir”, məlumatda deyilir.

Hərbi Gürcüstan yolu qeyri-sabit hava şəraiti ilə əlaqədar yanvarın 1-dən bağlanmışdı.